Amerikanın Kaliforniya əyalətində İkinci Dünya Müharibəsindən qalan və alman təyyarələrinin rəngi ilə boyanan təyyarə avtomobil yoluna düşüb.
Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, təyyarənin avtomobillərin üzərinə düşməməsi böyük bir faciənin qarşısını alıb. Yerə düşən təyyarədə pilot fırlatma oturacağından istifadə edərək xilas ola bilib. Hadisədə ölən və yaralanan olmayıb.
Qısa müddətdə alovlanan təyyarə yanğınsöndürənlər tərəfindən söndürülüb. Qəza səbəbi ilə yol təxminən yarım saat bağlı qalıb.