Azərbaycanın müdafiə naziri: "Ermənistanın işğalçılıq siyasəti nəticəsində sülh prosesi yubanır, danışıqların uzadılması bölgədəki şəraitə mənfi təsir göstərir"

Azərbaycanın müdafiə naziri: "Ermənistanın işğalçılıq siyasəti nəticəsində sülh prosesi yubanır, danışıqların uzadılması bölgədəki şəraitə mənfi təsir göstərir"
13:22 13 Yanvar 2015
388 Sosial
Ölkə mətbuatı
A- A+

[ 13 Yanvar 2015 13:18 ]

Bakı. Rəşad Süleymanov - APA. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Niderlandın Azərbaycandakı səfiri Robbert Gabrielseni qəbul edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müdafiə naziri regiondakı hərbi-siyasi vəziyyətə toxunaraq Ermənistanın işğalçılıq siyasətinin bu gün də davam etdiyini, bunun nəticəsində sülh prosesinin yubanması və danışıqların uzadılmasının bölgədəki şəraitə mənfi təsir göstərməsini diqqətə çatdırıb.

 

Görüşdə Azərbaycan ilə Niderland arasında əlaqələrin inkişaf etdirilməsində qarşılıqlı marağın olması və hərbi sahədə münasibətlərin qurulması istiqamətində fikir mübadiləsi aparılıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR