“Milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolu” adlı tədbir keçirilib

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolu” adlı tədbir keçirilib.

Lənkəran rayonu N.Axundov adına Boladi kənd 1 saylı tam orta məktəbində keçirilən tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli, Tacəddin Sadıqov, Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşı Ramin Hüccətov, məktəbin direktoru Elman Rzayev, müəllimlər və şagirdlər iştirak edib.

Tədbiri giriş sözü ilə açan Boladi kənd 1 saylı tam orta məktəbin direktoru Elman Rzayev çıxışında Azərbaycan gənclərinin milli-mənəvi dəyərlərə, vətənpərvərlik keyfiyyətlərinə malik olduğunu bildirib.

DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxışında milli-mənəvi dəyərlərimizin təbliğ edilməsinin dini radikalizmə qarşı mübarizə baxımından zəruriliyini qeyd edib. E.Həmidli əlavə edib ki, keçirilən tədbirlərin əsas məqsədigənclərin dini radikalizm, ekstremizm və digər mənfi işlərdən qorunması, milli-mənəvi dəyərlərin və vətənpərvərliyin təbliğ olunmasıdır.

Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşı Ramin Hüccətov çıxışında ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsi sahəsində mühüm tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. R.Hüccətov şagirdlərin elmə, təhsilə yiyələnməsinin vacibliyini vurğulayıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR