“Rusiya Gürcüstana qarşı işğalçılıq siyasətini davam etdirir”.

Metbuat.az-ın xarici KİV-lərə istinadən məlumatına görə, Gürcüstan prezidenti Qeorqiy Marqvelaşvili Batumidə təşkil olunan müdafiə və təhlükəsizliklə bağlı 12-ci konfransda çıxışı zamanı bəyan edib ki, Rusiya 2008-ci ildə ölkəsinə qarşı müharibəyə başlayıb.

Onun sözlərinə görə, Rusiya qoşunları Gürcüstan sərhədlərini pozaraq, 20 faiz ərazilərini zəbt edib. “Rusiya 1991-ci ildən bizə qarşı hibrit müharibəsi aparır” - deyən Gürcüstan lideri, dünya ictimaiyyətini bu fakta biganə yanaşmamağa çağırıb.

Sübhan / METBUAT.az