Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda qətlə yetirilmiş jurnalist Camal Kaşıkçının nişanlısı Hatice Çengiz ABŞ prezidenti Donald Trampa müraciət edib.

Metbuat.az-ın məlumatına görə, “ABC News” telekanalına açıqlamasında o, “Ağ ev” rəhbərindən xahiş edib ki, cinayətlə bağlı bütün həqiqətlərin üzə çıxması üçün əlindən gələni etsin. “ABŞ prezidenti bu cinayətə ümumbəşəri dəyərlər prizmasından baxmalıdır” - deyən Çengiz, bu kimi yanaşmanın beynəlxalq siyasət və diplomatiyadan da üstün olduğunu dilə gətirib.

Kaşıkçının nişanlısı Səudiyyə Ərəbistanı hakimiyyətinə də müraciət edərək, jurnalistin cəsədinin onlara təhvil verilməsini xahiş edib: “Biz onu dəfn etməmişik və bu İslam qanunlarına ziddir. Biz onun qarşısındakı sonuncu borcumuzu yerinə yetirməliyik”.

Sübhan / METBUAT.az