​Rusiya Ukraynaya qarşı genişmiqyaslı

Rusiya Ukraynaya qarşı genişmiqyaslı sanksiyalar tətbiq edib.

Metbuat.az-ın Rusiya mənbələrinə istinadən məlumatına görə, Baş nazir Dmitriy Medvedev bununla bağlı qərar imzalayıb. “Ukraynaya qarşı xüsusi iqtisadi tədbirlər” adlı qərar bu ölkənin 68 şirkətinə və 332 fiziki şəxsə şamil olunacaq.

Onların arasında Ukrayna prezidentinin mətbuat katibi Svyatoslav Tseqolko, prezidentin oğlu Aleksey Poroşenko, Daxili İşlər naziri Arsen Avakov, “Batkivşinı” partiyasının lideri Yuliya Timoşenko, keçmiş baş nazir Arseniy Yatsenyuk, Ali Radanın sədri Andrey Parubiy, “Naftoqaz” şirkətinin sədri Andrey Kobolev və digər rəsmi şəxslər var.

Bildirilir ki, sanksiyalar Ukraynanın rusiyalı vətəndaşlara və hüquqi şəxslərinə qarşı qeyri-dost fəaliyyətinə qarşı atılmış cavab tədbiridir .

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR