Türkiyə jurnalist Camal Kaşıkçının cinayət işiylə bağlı təhqiqatı genişləndirəcək.
Metbuat.az-ın Anadolu agentliyinə istinadən məlumatına görə, Ədliyyə naziri Əbdülhəmid Gül bəyan edib ki, Ankara Səudiyyə Ərəbistanından jurnalistin qətlinin araşdırılmasında fəal əməkdaşlıq gözləyir. Onun sözlərinə görə, krallıq Türkiyə tərəfinin suallarını cavabsız qoyub.
“Cinayət Türkiyədə törədlib. Türkiyə tərəfi bütün suallara cavab tapmayınca, istintaqın yeni mərhələsi barədə danışmaq tezdir”.
Qeyd edək ki, dünən İstanbul Baş Prokurorluğu Kaşıkçının Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğuna girən kimi boğulduğunu, daha sonra cəsədinin parçalanaraq məhv edildiyini açıqlayıb.
Sübhan / METBUAT.az