Türkiyənin Şırnak bölgəsində keçirilən anti-terror əməliyyatı zamanı PKK qruplaşmasının əsas üzvlərindən biri canlı ələ keçirilib.

Metbuat.az Azvision.az-a istinadən xəbər verir ki, "Fədakar Cizir" ləqəbilə tanınan Emrah Nayci təhlükəsizlik qüvvələrinin əməkdaşlarına təslim olub. Digər iki terrorçu isə məhv edilib. Bölgədə əməliyyatlar davam edir.