Tanınmış kinoulduzlar Brüs Li və Ceki Çanın honkonqlu prodüseri Reymond Çou 92 yaşında vəfat edib.
Milli.Az Report-a istinadən xəbər verir ki, Reymond Çou ixtisasca jurnalist olub. Kino sahəsinə gec gəlib. O, gənc aktyorlara karyera qurmaq və beynəlxalq miqyasda tanınmaq üçün yardım edib. Reymon Çou çoxlu sayda filmin çəkilişlərində iştirak edib, eləcə də kunq-funu məşhurlaşdırıb.
Milli.Az