Hindistanda daha əvvəl Tac Mahal Türbəsində cümə namazını qadağan edən məhkəmə gündəlik namazlara da qadağa qoyub.
Metbuat.az xarici mediaya istinadla bildirir ki, qərardan sonra Hindistan Arxeoloji Araşdırmalar Qurumu türbədə dəstəmaz almaq üçün istifadə olunan suyu bağlayıb.
Tac Mahal İntizam komitəsinin rəhbəri Seyit İbrahim Hüseyn qərara etiraz edərək burada uzun illərdir namaz qılındığını və bunun qadağan etmək üçün heç bir səbəb olmadığını bildirib. Hüseyn həm yerli rəhbərliyin, həm də Aqra rəhbərliyinin müsəlmanlığa qarşı olması səbəbi ilə elə bir qərar qəbul etdiyini deyib.