Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməyə cəhd etməkdə təqsirləndirilən Azər Əhmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına əsasən, hadisə bu il Bakının Cavadxan küçəsində yerləşən mənzildə baş verib. O, həyat yoldaşı Məhəbbət Şıxıyevanı bıçaqlayıb.

A.Əhmədov barəsində Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsədən afam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Milli.Az