Türkiyənin Konya şəhərində bir fermada çoban işləyən ailənin 1 yaşlı körpələri evin hamamında olan su dolu vedrənin içinə düşüb.
Metbuat.az Türkiyə mediaya istinadla bildirir ki, vəziyyətdən xəbərdar olan ana Zülfiyye Özdemir uşağı vedrədən çıxardaraq xəstəxanaya çatdırıb.
Müalicə altına alınan körpə bütün müdaxilələrə baxmayaraq xilas edilə bilməyib. Uşağın ölüm xəbərini eşidən ana əsəb sarsıntısı keçirib.
Hadisə ilə bağlı araşdırma başladılıb.