Mərakeş kralı VI Məhəmməd qonşu Əlcəzairi iki ölkə arasında əlaqələrin bərpası üçün dialoqa çağırır. Milli.Az Trend-ə istinadən bildirir ki, kral bunu deyib:
"Mövcud olan fikir ayrılıqlarını geridə qoymaq üçün Mərakeşin qardaş Əlcəzairlə açıq dialoq qurmağa hazır olduğunu elan edirəm".
Kral iki ölkə arasında siyasi mexanizm yaratmağı təklif edib. "Mexanizmin rolu - ikitərəfli münasibətlər arasında olan məsələlərin açıq və obyektiv şəkildə nəzərdən keçiirlməsidir", deyə kral izah edib. Bundan əlavə komissiya terrorçuluqla mübarizə və qeyri-leqal miqrasiya ilə mübarizə kimi regional məsələlərdə əməkdaşlığa start verməlidir.
Xatırladaq ki, Qərbi Sahara olan ərazi iddialarına görə iki ölkə arasında 1994-cü ildən quru sərhədi bağlıdır.
Milli.Az