Mavritaniyada iki sərnişin avtobusunun qəzaya uğraması nəticəsində azı 12 nəfər ölüb, daha 44 nəfər xəsarət alıb.

Milli.Az "report"-a istinadən bildirir ki, bu barədə Mərakeşin "Hespress" agentliyi mənbəyə istinadən məlumat yayıb.

Qəza Malidən gələn sərnişin avtobusu ilə şəhərlərarası digər avtobusun Mavritaniyanın cənub-qərbindəki Aleq şəhərində toqquşması nəticəsində baş verib. Ölənlər və yaralananlar Mavritaniya, Mali və Nigeriya vətəndaşlarıdır.

Bildirilir ki, yaralıların xəsarətləri müxtəlif dərəcəlidir. Ölənlərin və ya yaralananların sayının artacağı istisna edilmir.

Milli.Az