Avstraliyada əli bıçaqlı şəxs ətrafdakılara hücum edib.

Milli.Az bildirir ki, Sputniknews-un son dəqiqə xəbərinə görə, paytaxt Melburn şəhərində bir neçə nəfərin eyni anda bıçaqlanması ilə bağlı məlumat daxil olub.

Melburnun Bourke küçəsində orta yaşlı kişi ətrafdakılara hücum etdikdən sonra avtomobilini yandırıb.

2 nəfəri bıçaqlayan kişi polis tərəfindən güllələnib.

Yaralılar xəstəxanaya çatdırılıb.

Bəxtiyar Umarlı
Milli.Az