Məşhurların villaları yanıb kül oldu - VİDEO - FOTO

Məşhurların villaları yanıb kül oldu - VİDEO - FOTO
10:52 13 Noyabr 2018
84 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Kaliforniya ştatındakı yanğınlar realiti-şou ulduzları, aktyorlar və müğənnilər yaşayan məkana çatıb.

Müğənni Mayli Sayrus, aktyor Cerard Batler, kanadalı müğənni Nil Yanq - onlar villaları və malikanələri yanıb kül olmuş məşhurlar arasındadır.

Milli.Az ABC-yə istinadən bildirir ki, Kaliforniya ştatının tarixində ən məşum yanğın sayılan bu fəlakətdə həlak olanların sayı artıq 42 nəfərə çatıb.

Kaliforniya ştatının şimalındakı Peradays şəhəri, ümumiyyətlə, yanıb kül olub. Hollivud ulduzları və məşhur sənətçilərin villalarının olduğu Malibu ilə Kalabasas şəhərlərini də yanğınlar bürüyüb.

Yanğınlar səbəbindən məşhurlar da 300 min insanla birlikdə təlxiyə olunublar.

Müğənni Robin Tikinin evinin yerində indi tüstülənən xarabazar var.

"Limp Bizkit" qrupunun lideri Fred Dörst villasından ona, sadəcə, kətil, termos və tennis raketkasının qaldığını yazıb.

Evi yanıb kül olmuş kinorejissor Skott Derrikson ona çətin anlarda dəstək olmuş hər kəsə təhəkkür edib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Məşhurların villaları yanıb kül oldu


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/703146.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR