Otağın həddindən çox isinməsinin qarşısını alan nazik plyonka hazırlanıb

Otağın həddindən çox isinməsinin qarşısını alan nazik plyonka hazırlanıb
14:35 13 Noyabr 2018
Ölkə mətbuatı
A- A+

ABŞ-da kondisionerlər təxminən 6% elektrik enerjisi sərf edir. Bu, iqtisadiyyata 29 milyard dollar zərər vurur. Massaçusets Texnologiya İnstitutunun mühəndisləri və Honkonq Universitetinin tədqiqatçıları tərəfindən birgə hazırlanmış nazik və şəffaf nazik plyonka isti havada otağın həddindən çox isinməsinin qarşısını alacaq.
 
"ICTnews" Elektron Xəbər Xidməti "nanonewsnet.ru" saytına istinadən yazır ki, işıq əks etdirən nazik qat balıq toru kimi işləyir. Termoxrom nazik plyonka günəş enerjisinin 70%-ni əks etdirən mikrozərrəciklərdən ibarətdir. Bunun sayəsində isti havada otaq az isinir və kondisionerlərdən istifadə nəticəsində elektrik enerjisi xərcləri 10% azalır. Alimlər sınaqlar zamanı aşkar ediblər ki, plyonka qurulmamış pəncərəli otaq 38,8 dərəcə selsiyədək, amma nazik plyonkadan istifadə zamanı eyni  şəraitdə həmin otaq 33,8 dərəcəyədək qızır.
 
Otaq temperaturunda nazik plyonka şəffaf olur, amma 32 dərəcə selsidən yuxarı temperaturda o tutqunlaşır, elə təəssürat yaranır ki, sanki şüşə donub.
 
Emil Hüseynov



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-57595-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR