Türkiyə beynəlxalq Liviya konfransını

Türkiyə İtaliyada təşkil olunan liviyadaxili nizamlanma üzrə beynəlxalq konfransı tərk edib.

Metbuat.az Azərtaca istinadla xəbər verir ki, bunu Türkiyə Prezidentinin köməkçisi Fuat Oktay konfransın keçirildiyi Palermo şəhərindəki oteldə jurnalistlərə bildirib. “Əgər bəzi dövlətlər prosesi xırda şəxsi mənafeləri naminə pozmaqda davam edəcəksə, Liviya böhranını həll etmək mümkün olmayacaq. Türkiyə bu görüşü dərin təəssüf hissi ilə tərk edir”, - deyə prezidentin köməkçisi qeyd edib.

Fuat Oktay Liviyanın daha az xarici müdaxiləyə ehtiyac duyduğunu bildirərək vurğulayıb ki, digərlərinin əksinə olaraq, Türkiyə Liviyadakı və regiondakı bütün aktorlarla geniş dialoqa açıqdır. Onun sözlərinə görə, Liviyanı acınacaqlı vəziyyətə salanlar və bu hərəkətləri davam etdirənlər ölkənin xilasına kömək göstərə bilməzlər.

İtaliyanın baş naziri Cüzeppe Konte tərəfindən təşkil olunan ikigünlük konfrans bazar ertəsi günü Palermoda açılıb. Konfransda Liviya hakimiyyət orqanlarının nümayəndələri, həmçinin Misir və Tunis prezidentləri iştirak edirlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR