Nursultan Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının

Astanada Qazaxıstan Birinci Prezidenti Fondunun və Dünya İqtisadiyyat və Siyasət İnstitutunun birgə təşkilatçılığı ilə “Astana Klubu”nun IV görüşü keçirilir.

Metbuat.az xarici KİV-lərə istinadən xəbər verir ki, tədbirdə çıxış edən Prezident Nursultan Nazarbayev beynəlxalq problemlərin müzakirəsində bu cür görüşlərin keçirilməsinin vacibliyini vurğulayıb. Dövlət başçısı 2020-ci ildə Astanada Ümumdünya Ticarət Təşkilatı üzvlərinin toplantısının keçiriləcəyini söyləyib. O, Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını və bunun üçün Astanada 2020-ci ildə təhlükəsizlik və əməkdaşlıq mövzusunda konfransın keçirilməsini də təklif edib. Prezidentin sözlərinə görə, bu istiqamətdə danışıqlar 2019-cu ildən başlanmalıdır.

Xatırladaq ki, “Astana Klubu” aparıcı ekspertləri, siyasətçiləri və diplomatları bir araya toplayan beynəlxalq siyasi platformadır. Bu ilki görüşdə 33 ölkədən 50-dən çox nümayəndə iştirak edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR