“Real” müvəqqəti baş məşqçisi Santiaqo Solari ilə müqavilə imzalamaq qərarına gəlib.

Metbuat.az-ın “Sky Sports”a istinadən yaydığı məlumata görə, “kral klubu” müqaviləni artıq İspaniya Futbol Federasiyasına göndərib. Argentinalı mütəxəssislə 2020-ci ilin iyun ayına qədər sözləşmə imzalanacağı gözlənilir.

Qeyd edək ki, 42 yaşlı çalışdırıcı Madrid təmsilçisinə Solarinin rəhbərliyi altında 4 qarşılaşmaya çıxıb. Komanda bu qarşılaşmaların hər birində qalib gəlib və rəqib qapılarına ümumilikdə 15 qol vurub. Bu isə 116 yaşlı klubun tarixində ən yaxşı göstəricidir.