​İsrail ordusu Qəzza bölgəsində əməliyyatları

İsrail ordusu Qəzza bölgəsində əməliyyatları davam etdirir. Qırıcıların bölgəyə endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 6-ya çatıb. Azı 70 hədəf vurulub.

Metbuat.az-ın Anadolu agentliyinə istinadən məlumatına görə, onların arasında Həmas təşkilatına məxsus “Əl-Əqsa” televiziyasının mərkəzi binası da var. İxlas xəbər agentliyinin məlumatına görə, hücum nəticəsində bina tamamilə dağılıb.

Bir neçə nəfər yaralanıb.İsrail ordusundan bildirilib ki, əməliyyatlar Qəzza bölgəsindən ölkə ərazisinə atılan raket hücumlarına cavabdır.

Rəsmi Təl-Əviv raket hücumları nəticəsində 5 israil vətəndaşının yaralandığını açıqlayıb.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR