​Fransada müəllimlər aksiyalar

Fransada müəllimlər aksiyalar təşkil edib. Ölkə miqyasında tətilə çıxan onminlərlə müəllim, hökumətin təhsil sahəsində həyata keçirəcəyi islahatlara narazılıq edib.

Metbuat.az-ın xarici KİV-lərə istinadən məlumatına görə, islahatlar təhsil işçilərinin sayının azaldılmasını nəzərdə tutur. İxtisarlar digər müəllimlərin iş saatının artmasına səbəb olacaq. Lakin hökumət onlara əlavə məvaciblərin verilməyəcəyini bəyan edib.

Askiyalar zamanı pezident Emmanuel Makronun əleyhinə də şüarlar səsləndirilib. Nümayişçilər bildirib ki, onların tələbləri yerinə yetirilməsə aksiyalar davam edəcək. Etirazlara digər peşə sahibləri dəstək verib.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR