ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton bəyan edib ki, Vaşinqton İranın neft ixracını sıfra endirmək niyyətindədir.

Milli.Az Virtualaz.org-a istinadən xəbər verir ki, Bolton bu haqda ASEAN ölkələri liderləri ilə görüşündə deyib.

Trampın müşaviri qeyd edib ki, lap əvvəldən ABŞ İranın neft ixracını sıfra endirmək məqsədi güdüb. O, Tehrana güclü təzyiq göstərəcəkləri barədə xəbərdarlıq edib.

"Biz onları çox güclü şəkildə sıxacağıq"-Bolton bildirib.

Milli.Az