Yük maşını aşıb, sürücü xəsarət alıb

Yük maşını aşıb, sürücü xəsarət alıb
23:27 14 Noyabr 2018
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Hacıqabul rayonunda yol qəzası baş verib.

Milli.Az "report"-a istinadən bildirir ki, hadisə Bakı-Qazax avtomobil yolunun 160-cı km-də, rayonun Padarçöl kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1976-cı il təvəllüdlü Bakı şəhər sakini Məmmədov Eldar Arif oğlunun sükanı arxasında olduğu "99-CP-633" dövlət nömrə nişanlı"KamAZ" markalı yarımqoşqulu yük avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/703861.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR