Terror təşkilatı 10 qadını QAÇIRDI

Qərbi Afrika ölkəsi Nigeriyada 10 qadın terror qruplaşması tərəfindən qaçırılıb.

Metbuat.az xarici mediaya istinadən bildirir ki, Boko Haram terror qruplaşması Nigeriyanın Borno əyalətinə silahlı hücum təşkil edib. Hücum nəticəsində evlərə ziyan dəyib, 100-dən çox iribuynuzlu heyvan tələf olub. Qruplaşma hadisə yerindən ayrılarkən 10 qadını özləriylə aparıblar.

Qeyd edək ki, Boko Haram terror təşkilatı Nigeriyanın radikal islam sektasıdır. 2002-ci ildə Nigeriyanın şimalında Məhəmməd Yusif adlı şəxs tərəfindən yaradılıb. Əsas məqsədi bütün Nigeriya ərazisində şəriətin tətbiqi və qərb həyat tərzinin silinməsi olub. Boko Haram 2014-cü ilin may ayında BMT Təhlükəsizlik Şurası tərəfindən terror təşkilatları siyahısına salınıb.

Xəyalə Məmmədova / METBUAT.AZ

Siçanlara ƏN ACI bibərləri yedirdi - Görün, nə oldu... / VİDEO – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR