Ermənistanda hərbçi polisi döydü

Ermənistanda hərbçi polisi döydü
15:01 13 Yanvar 2015
212 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistanda hərbçi polisi döyüb və maşınını əlindən alıb.

ANS PRESS-in məlumatına görə, hadisə ilə bağlı İrəvanda cinayət işi açılıb. İstintaqın gedişatında məlum olub ki, 5 dekabr gecəsi Vanadzor polis podpolkovniki Surix X. və əməliyyat müvəkkili, böyük leytenant David A. növbədə olarkən küçədə şübhəli dəstəni müşahidə ediblər.

Hüquq mühafizə orqanları məsələni aydınlaşdırmağa cəhd ediblər. Ancaq bu cəhd mübahisənin yaranmasına səbəb olub və kapitan Sarkislə onun oğlu polislərə hücum ediblər. Ata və oğul polsilərə təhlükəli bədən zərbələri endiriblər. Bundan sonra Sarkis polislərin avtomobilini oğurlayıb və maşını şəhərin küçələrindən birində tərk edib.

Sonra Sarkis xidməti işinə davam edib. Bir müddətdən sonra ona naməlum nömrədən zəng gəlib və onunla görüş təyin edilib. Naməlum şəxslərin qisas almaq istəyən polislər olduğu məlum olub. Polislərin hərbçi ilə görüşü isə vurhavura səbəb olub. Polislər Sarkisi polis bölməsinə aparıblar. Orada onu təhqir edib və döyüblər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR