Pentaqon Türkiyə ilə bağlı

ABŞ-ın Müdafiə Nazirliyi Türkyiyəyə satılması nəzərdə tutulan “F-35” hərbi təyyarələri ilə bağlı Konqresə hesabat təqdim edib.

Metbuat.az Röyters agentliyinə istinadən məlumat verir ki, Sənədin mətni barədə məlumat verilmir. Hesabatın Ankara ilə Moskva arasında imzalanmış “S-400” sazişinin təsirləri ilə bağlı olduğu güman edilir. Real vəziyyətin əks olunduğu sənəddə tövsiyyə xarakterli ifadələr yer almayıb.

Qeyd edək ki, prezident Donald Trampın avqust ayında imzaladığı fərmana görə, “F-35”lərin Türkiyəyə göndərilməsi bu hesabatın hazırlanmasına qədər təxirə salınmışdı.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR