​Azov dənizi Ukrayna gəmilərinin

Azov dənizi Ukrayna gəmilərinin üzünə bağlanıla bilər.

Metbuat.az Rusiya mənbələrinə istinadən məlumat verir ki, Rusiya Federasiya Şurasının senatoru Frants Klintseviç bildirib ki, Moskva Kiyevin Azov dənizindəki fəaliyyətinə bu şəkildə cavab verə bilər. Onun sözlərinə görə, Ukraynanın Krım limanına daxil olduğu üçün Rusiyaya məxsus 15 gəmini saxlaması açıq özbaşınalıqdır. Federasiya Şurasında hesab edirlər ki, Kiyev bununla Moskvanı sərt tədbirlərə vadar edir:

“Biz bir andaca Ukrayna gəmilərini Azov dənizinə girməkdən məhrum edə bilərik” - deyə, Klintseviç qeyd edib.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR