Tereza Mey hakimiyyətdən

Böyük Britaniyanın baş naziri Tereza Mey hakimiyyətdən uzaqlaşdırıla bilər.

Metbuat.az Skay Nyuz telekanalına istinadən xəbər verir ki, Meyin rəhbərlik etdiyi Mühafizəkarlar Partiyasında onun siyasətiylə barışmayan çoxlu sayda partiyadaşı var və onlar tezliklə bu prosedura başlaya bilər. Artıq bunun üçün kifayət qədər səs toplanıb.

Qanuna görə, parlamentarilərin azı 15 faizi, yəni 48 nəfər baş nazirə etimadsızlıqla bağlı məsələ qaldırarsa, Ali qanunverici orqan məsələni gündəliyə sala bilər. Mənbənin məlumatına görə, bununla bağlı səsvermə artıq yaxın vaxtlarda baş tuta bilər.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR