Camal Kaşıkçının qətliylə bağlı araşdırmalar bizi qane etmir -

“Səudiyyə Ərəbistanının jurnalist Camal Kaşıkçının qətliylə bağlı apardığı araşdırmalar bizi qane etmir”.

Metbuat.az Anadolu agentliyinə istinadən məlumat verir ki, Türkiyənin Xarici İşlər naziri Mövlut Çavuşoğlu belə açıqlama ilə çıxış edib. O bildirib ki, Ər-Riyadın cinayətdə əli olan şəxslər barəsində apardığı istintaq tədbirləri müsbət addımlar olsa da, əslində hadisə ilə bağlı detallar tam üzə çıxmayıb.

Diplomat qeyd edib ki, qətl sifarişinin kimlər tərəfindən verildiyi, parçalanmış cəsədin yerinin müəyyən edilməsi öyrəniləmli olan əsas məsələlərdir.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR