ABŞ-ın Kaliforniya ştatında tüğyan edən meşə yanğınları zamanı ölənlərin sayı 70-ə ya çatıb. Daha 631 nəfər itkin düşmüş hesab edilir.

Metbuat.az xarici KİV-lərə istinadən məlumat verir ki, Paradays şəhərinin ətrafını bürüyən alov 570 kv km ərazini əhatə edib. Yanğın 11-dən çox tikilini məhv edib. Onların arasında nüfuzlu şəxslərin mülkləri də var. Alovun qarşısının alınmasına 5 mindən çox yanğınsöndürən cəlb olunub.

Qeyd edək ki, noyabrın 8-dən başlanan yanğınlar Kaliforniya tarixində ən böyük tələfata səbəb olan hadisə kimi qeydn olunur.

Sübhan / METBUAT.az