Qarabağla bağlı ŞOK ADDIM, ərazilər QAYTARILARSA... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Paylaş
18 baxış·5 dəq oxu
Azərbaycanın işğal olunmuş torpaqlarında yaradılan
separatçı rejimdən sərsəm açıqlama gəlib. ABŞ Müdafiə Nazirliyi
(Pentaqon) 100 ədəd “F-35” tipli qırıcı təyyarələrin Türkiyəyə
təhvil verilməsi ilə bağlı hesabatını Konqresə təqdim edib. ABŞ
Qaşıqçı cinayəti ilə əlaqədar olaraq Səudiyyə Ərəbistanının 17
vətəndaşına sanksiya tətbiq edib. İraqın mərkəzi hökuməti və
ölkənin şimalındakı kürd muxtariyyətinin rəhbərliyi Kərkük əyalətdə
yerləşən yataqlardan neft ixracının yenilənməsi haqqında razılaşma
əldə olunub. İsrailin iki gün öncə istefa verən müdafiə naziri
Aviqdor Liberman baş nazir Benyamin Netanyahunun HƏMAS-la
qeyri-rəsmi atəşkəsi qəbul etməsini terrorizm qarşısında
kapitulyasiya adlandırıb.
Ermənistan Azərbaycanın işğal etdiyi ərazilərində
yaratdığı qondarma rejimlə “müstəqil respublika” kimi hərbi ittifaq
yarada bilər. Bu barədə separatçı rejimin
“təhlükəsizlik şurasının katibi” Vitali Balasanyan “aravot”
qəzetinə müsahibəsində bildirib.
Balanyan bildirib ki, “Ermənistanla Qarabağ arasında hərbi
ittifaqın bağlanması məsələsi gündəmdədir”.
Ermənistandan Qarabağla bağlı ŞOK ADDIM: hərbi ittifaq və...
Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan və
müdafiə naziri David Tonoyan bu gün hərbi hissələrdən birində
başlanmış taktik hücum təlimlərini müşahidə ediblər.
Bu haqda Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun
Ovanisyan bildirib.
Məlumata görə, təlimdə, xüsusilə çətin coğrafi və iqlim
şəraitində qoşunların yeni taktika və xüsusi texniki vasitələr
tətbiq edərək yeni yüksəklikləri ələ keçirmək fəaliyyətləri məşq
edilib.
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) 100 ədəd “F-35”
tipli qırıcı təyyarələrin Türkiyəyə təhvil verilməsi ilə bağlı
hesabatını Konqresə təqdim edib. “F-35”lərin
Türkiyəyə göndərilməsi bu hesabatın Konqresə təqdim edilməsinə
qədər təxirə salınmışdı. Pentaqon hesabatının Konqresə təqdim
olunması “F-35”-lərin Türkiyəyə təslimatı üçün irəliyə doğru
atılmış bir addım anlamına gəlir.
ABŞ Maliyyə Nazirliyi Camal Qaşıqçı cinayəti ilə
əlaqədar olaraq Səudiyyə Ərəbistanının 17 vətəndaşına sanksiya
tətbiq edib. Sanksiya siyahısının tərkibi tam
açıqlanmır. Amma siyahıda vəliəhdin keçmiş müşaviri Səud Kahtani və
Səudiyyənin İstanbuldakı konsulu Məhəmməd Uteybinin olduğu
bildirilir
ABŞ Senatı ərəbistanlı jurnalist Camal Qaşıqçının
qətlə yetirilməsinə görə Səudiyyə Ərəbistanına silah satışının
dayandırılması da daxil olmaqla, bir neçə sanksiya tətbiq etmək
üçün qanun layihəsi hazırlayır. Qanun layihəsi Nyu
Cersi ştatının senatoru Bob Menendez ilə İndiana senatoru Todd
Yunqun başçılığı ilə hazırlanır.
Layihə ilə bağlı açıqlama verən B.Menendez ABŞ hökumətinin
Qaşıqçı cinayəti ilə bağlı 17 səudiyyəli şəxsə tətbiq etdiyi
sanksiyanın kifayət etmədiyini bildirib: “Qaşıqçı cinayəti il bağlı
şəffaf və qəbul edilə biləcək bir istintaq aparılmalıdır. Bu layihə
ilə Konqres insan haqlarına olan hörmətini və dəyərini ortaya
qoyacaq”.
Adıçəkilən qanun layihəsi ABŞ-ın Səudiyyə Ərəbistanına satdığı
hücum məqsədli bütün silahların satışını dayandıracaq. Bu silahlara
bombalar, raketlər, qırıcılar, tanklar və silahlı avtomobillər
daxildir.
Suriyada “Er-Rukban” düşərgəsinin administrasiyası
qaçqınların təhlükəsizliyini təmin etmək iqtidarında deyil, orada
fahişəlik, oğurluq, azyaşlıların seksual istismarı və insan alveri
çiçəklənir. Bu haqda Cenevrədə atəşin dayandırılması
və humanitar kömək üzrə qruplarda Rusiya Müdafiə Nazirliyinin rəsmi
nümayəndəsi Yuri Tarasov qaçqınların qayıdışı üzrə Rusiya və Suriya
qərargahlarının iclasında bildirib.
O qeyd edib ki, düşərgədə insan alveri geniş yayılıb. Tarasovun
sözlərinə görə, düşərgədə nikahlar, ölüm və doğumların qeydiyyatı
aparılmır.
İclasda həmçinin qeyd edilib ki, "Er-Rukban"da humanitar
vəziyyət kritik səviyyəyə çatıb.
Fahişəlik, seksual köləlik, insan alveri... – Rusiyadan ŞOK İTTİHAMLAR
İraqın mərkəzi hökuməti və ölkənin şimalındakı kürd
muxtariyyətinin rəhbərliyi Kərkük əyalətdə yerləşən yataqlardan
neft ixracının yenilənməsi haqqında razılaşma əldə
edib. Bu haqda İraqın Neft Nazirliyinin nümayəndəsi
Asem Cihad bildirib.
Bağdad və kürdlər neft ixracında RAZILAŞDI
Netanyahunun HƏMAS-la qeyri-rəsmi atəşkəsi qəbul
etməsi terrorizm qarşısında kapitulyasiyadır. Bunu
jurnalistlərə açıqlamasında İsrailin iki gün öncə istefa verən
müdafiə naziri Aviqdor Liberman deyib. O, atəşkəsin yerinə Qəzza
sektoruna aviazərbələr endirilməsi gərəkdiyini bildirib.
Qeyd edək ki, Liberman 14 noyabrda istefa verib.
Kosmik güclərin yaradılması ABŞ-a 5-10 milyard
dollara başa gələ bilər. Bu haqda ABŞ-ın müdafiə
nazirinin müavini Patrik Şenaxan bildirib.
Qeyd edək ki, iyunda ABŞ prezidenti Donald Tramp silahlı
qüvvələrin yeni növü kimi kosmik güclərin yaradılması barədə
sərəncam verib.
Pentaqon kosmik qoşunların qiymətini açıqladı
Yaponiyanın baş naziri Sindzo Abe Rusiya prezidenti
Vladimir Putinə Kuril adalarının cənub hissəsinin Tokioya
qaytarılması halında, bu ərazidə ABŞ-ın hərbi bazalarının
yerləşdirilməyəcəyinə dair söz verib. Bu haqda yapon
hökumətindəki mənbələrə istinadən “Asahi” nəşri bildirib.
Putinə SÖZ VERDİLƏR: bu ərazilər qaytarılarsa...
Ukraynanın Donbas bölgəsində Ukrayna ordusu ilə
separatçılar arasında qanlı döyüşlər gedir. Ukrayna
Silahlı qüvvələrinin birləşmiş güclərin əməliyyat mərkəzindən
verilən məlumata görə, noyabrın 15-də gedən döyüşlərdə üç Rusiya
muzdlusu məhv edilib, daha 5-i yaralanıb.
İki Ukrayna hərbçisinin isə yaralandığı bildirilir. Məlumata
görə, qarşı tərəf müxtəlif silah sistemlərindən, o cümlədən böyuk
kalibrli pulemyotlar və qumbaraatanlardan istifadə edirlər.
Kremldə müəyyən ümidlər var ki, Ukraynada prezident
seçkilərindən (2019-cu ilin may ayında keçirilməsi –red.) sonra
ciddi siyasi dəyişikliklər olacaq və buna görə də Rusiya ən yaxın
yarım ildə heç bir hərbi hərəkətə təşəbbüs etməyəcək.
Bu fikri Rusiya hərbi müşahidəçisi Pavel Felqenqauer “Apostrof”
nəşrinə müsahibəsində söyləyib.
Putin Ukraynanı bu yolla tutmaq niyyətindədir - Kremlin SSENARİSİ