I Qarabağ müharibəsində Ermənistanın Azərbaycan
torpaqlarını işğal etməsi və azərbaycanlıları öz yurdlarından
qovmasından sonra Bakını tərk edən ermənilər İrəvanda hökumətə
qarşı etirazlara başlayıb.
Publika.az xəbər verir ki, Ermənistanda “Azərbaycandan
gəlmələr” adı ilə tanınan ermənilər hökumət binası önündə etiraz
aksiyası keçirib.
“Azərbaycandan gəlmələr” iqtisadi inkişaf nazirinin birinci müavini
Vaçe Terteryanın onların evlə təmin edilməsi məsələsinə mənfi cavab
verməsinə etiraz edirlər.
V. Terteryan bildirib ki, “2019-cu il dövlət büdcəsinə qaçqınlıarın
mənzil məsələsi daxil edilməyib”.
Etirazçılar “Ermənistanda illərdir yaşayırıq, amma evsizik. Serj
Sarkisyanın dövründə bilirdik ki, bizi saymırlar. İndi hakimiyyət
dəyişib, biz haqqımızı tələb edirik. Bizi niyə “Azərbaycandan
gəlmə” adlandırırlar. Biz Azərbaycanda aşağı təbəqə sayılmırdıq,
amma bu gün Ermənistanda üçüncü, dördüncü söz insanı sayılırıq,
bizi aşağılayırlar” deyə bildirirlər.
“Azərbaycandan gəlmə” olan bir qadın Ermənistan pasportunu
göstərərək, “İstəyirik ki, bizi qaçqın, “Azərbaycandan gəlmə”
adlandırmasınlar, nə üçün bizim uşaqlar məktəbdə utanmalıdır?!”
deyə etiraz edir.
Etirazçılara yaxın günlərdə onların probleminin ətraflı
öyrəniləcəyi vədi verilib. Lakin etirazçılar illərdir əziyyət
çəkdiklərini deyir və artıq vədlərə inanmadıqlarını
bildirirlər.
Asif