"Azərbaycan ilk dəqiqələrdən bizi

“Əlbəttə ki, mən qələbə qazanmağımızı istərdim”.

Metbuat.az-ın Qol.az-a istinadən məlumatına görə, bu sözləri Farer adaları millisinin məşqçisi Yohannes Yakobsen yerli federasiyanın rəsmi saytına açıqlamasında deyib. Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində millimizlə keçirəcəkləri oyun haqda fikirlərini bölüşən mütəxəssis ilk dəqiqələrdə ehtiyatlı olacaqlarını bildirib:

“Azərbaycan millisi ilk dəqiqələrdən hücuma atılıb, bizi təzyiq altında saxlayacaq. Belədə səhv etmək ehtimalımız çoxdur. Ona görə də ilk 15-20 dəqiqədə qapımızı toxunulmaz saxlamaq önəmlidir. Bundan sonra qələbə haqda düşünmək olar”.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Farer adaları oyunu saat 21:00-da başlayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR