Prezident İlham Əliyev FHN Akademiyasına yeni rəis təyin etdi

Prezident İlham Əliyev FHN Akademiyasına yeni rəis təyin etdi
19:47 20 Noyabr 2018
31 Ölkə
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev Pənah Süleymanovun Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda qeyd edilir ki, Pənah Hüseyn oğlu Süleymanov Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi vəzifəsindən azad edilsin.

Dövlət başçısının digər sərəncamı ilə Baba Hacı-Baba oğlu Salayev Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi təyin edilib.

Hər iki sərəncam imzalandığı gündən qüvvəyə minir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/705583.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR