Prezident İlham Əliyev Pənah Süleymanovun Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda qeyd edilir ki, Pənah Hüseyn oğlu Süleymanov Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi vəzifəsindən azad edilsin.

Dövlət başçısının digər sərəncamı ilə Baba Hacı-Baba oğlu Salayev Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi təyin edilib.

Hər iki sərəncam imzalandığı gündən qüvvəyə minir.

Milli.Az