Şəkidə yük maşını qadın piyadanı vuraraq öldürüb

Şəkidə yük maşını qadın piyadanı vuraraq öldürüb
21:37 20 Noyabr 2018
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəki rayonunda zibil daşıyan maşın 84 yaşlı qadını vuraraq öldürüb.

Milli.Az "Report"a istinadən bildirir ki, şəhərin Yaqub Süleymanov küçəsi, ev 14 ünvanında yaşayan 1934-cü il təvəllüdlü Təyarə Abdulla qızı Hüseynovanı avtomobil vurub. Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ancaq T.Hüseynova ilkin müayinədən sonra övladlarının təkidi ilə xəstəxanadan evə aparılarkən yolda ölüb.

Faktla bağlı Şəki şəhər rayon Polis şöbəsində araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/705608.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR