Jurnalist Sevinc Osmanqızına qarşı qaldırılan cinayət işi üzrə məhkəmə təxirə salınıb

15:32 13 Yanvar 2015
155 Digər
Ölkə mətbuatı
A- A+

[ 13 Yanvar 2015 15:29 ]


Bakı. Fuad Cəfərov - APA. Bakının Nərimanov rayon Məhkəməsində jurnalist Sevinc Osmanqızına (Mirzəyeva) qarşı xüsusi ittiham qaydasında qaldırılan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

APA-nın xəbərinə görə, prosesdə hakim Məzahir Sadıqov Sevinc Osmanqızının məhkəməyə gəlməsini tələb edib.

 

Sevinc Osmanqızının nümayəndəsi Elmira Sarıyeva isə bildirib ki, müdafiə etdiyi şəxs işi ilə bağlı Bakıya gələ bilmir.

 

Prosesin yanvarın 22-dək təxirə salınıb.

 

Qeyd edək ki, Sevinc Osmanqızının keçmiş həyat yoldaşı Azər Xəlilovun iddiası əsasında ona qarşı Cinayət Məcəlləsinin 147 (böhtan atma)  və 148-ci (təhqir etmə) maddələri ilə cinayət işi açılıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR