Müğənni Dəniz Seki 9 ayda 33 kq çəki atıb.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mədə kiçiltmə əməliyyatı nəticəsində arzuladığı çəkiyə qovuşan artist kamera qarşısına keçərək yeni fotolar çəkdirib. Müğənni bildirib ki, ciddi pəhriz saxlayır və idman edir. O, daha 2-3 kq arıqladıqdan sonra normal qidalanmaya keçəcəyini deyib.