Əməkdar artist Xumar Qədimova və müğənni Xatun Əliyeva arasında barışıq olub.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hər iki sənətçi ötən gün Gəncədə baş tutan məclislərin birində iştirak ediblər.
Səhnəyə çıxaraq mahnı oxuyan müğənnilərin görüntüləri sosial şəbəkələrdə paylaşılıb. Hətta Xatun İnstaqram səhifəsində həmkarı ilə şəklini yayaraq "Biz çox mehribanıq" şərhini yazıb.
Xatırladaq ki, X.Əliyeva bir müddət əvvəl X.Qədimovanı parodiya etməsi qarşı tərəfi qəzəbləndirmiş, onlar arasında narazılıq yaranmışdı.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin: