Müəllif Hüquqları Agentliyi ötən il 29 qeydiyyat haqqında Şəhadətnamə verib

16:07 13 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 13 Yanvar 2015 16:06 ]


Bakı. Cavid Zeynallı - APA. “Müəllif Hüquqları Agentliyinin “Elektron xidmət” bölməsinə ötən il ərzində 72 müraciət daxil olub, 19 müəllifin 29 əsəri elektron qaydada qeydiyyatdan keçirilib və 29 qeydiyyat haqqında Şəhadətnamə göndərilib”.

 

Bunu APA-ya açıqlamasında Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov deyib.

 

Onun sözlərinə görə, əsərlərin rəsmi qeydiyyatının tətbiq edildiyi dövrdən indiyədək agentlikdə 10 minə yaxın əsər və əlaqəli hüquqların obyektləri qeydiyyatdan keçirilib: “Bunlardan musiqili əsərlər 3010 (31,22%), ədəbi əsərlər, o cümlədən kompüter proqramları 2455 (25,46%), elmi və tədris ədəbiyyatı 1845 (19,13 %), dizayn və dekorativ 788 (8,17%), audiovizual əsərlər 495 (5,13%), toplular 345 (3,57%) və s. olub”.

 

K.İmanov əlavə edib ki, 2014-cü ildə müəlliflərin əmlak hüquqlarının idarəçiliyini təmin etmək nəticəsində agentlik tərəfindən 95 377 manat müəllif qonorarı yığılıb köçürmə yolu ilə müəlliflərə 67335 manat müəllif qonorarı ödənilib: “Milli səviyyədə fəaliyyəti agentlik tərəfindən koordinasiya edilən “Azərbaycan müəllifləri” və “Kinorejissolar Gildiyası” İctimai Birlikləri 2014-cü ildə müəlliflərin əmlak hüquqlarının kollektiv əsasda idarəçiliyi nəticəsində müvafiq olaraq 40 834 manat və 62 458 manat müəllif qonorarı yığıb”.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368929

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR