Rusiya Səudiyyə Ərəbistanından jurnalist Camal Kaşıkçının öldürülməsi ilə bağlı istintaqı tezliklə başa çatdırmasını tələb edib.
Metbuat.az Anadolu agentliyinə istinadən məlumat verir ki, bu barədə açıqlama verən Xarici İşlər naziri Sergey Lavrov bildirib ki, cinayətin detallarının üzə çıxarılması üçün Ər-Riyadın Ankara ilə işbirliyi içində olması müsbət haldır. Lakin istintaqın uzanması narahat doğurur.
Diplomatın sözlərinə görə, araşdırmalar şəffaf aparılmalı və nəticələr qısa zaman ərzində açıqlamalıdır. Qeyd edək ki, ərəb jurnalist Camal Kaşıkçı oktyabrın 2-də Səudiyyə Ərəbistanın İstanbuldakı baş konsulluğunda qətlə yetirilib.
Sübhan / METBUAT.az