Sabah İsveçrədə maraqlı referendum təşkil olunacaq. İsveçrə xalqı inəklərin buynuzlu yoxsa buynuzsuz olmasına qərar verəcək.

Metbuat.az xarici KİV-lərə istinadən xəbər verir ki, İsveçrədə inəklərin 75 faizinin buynuzları çıxarılır. Məlumata görə, buynuzsuz inəklər az yer tutduğu üçün onların saxanılması daha az xərc tələb edir. Lakin yerli fermer Armin Kapul isə bu vəziyyətə qarşı çıxır.

Yerli fermer hesab edir ki, heyvanların görünüşünə müdaxilə etmək doğru deyil. Fermer 9 ildir ki, bu məsələ ilə bağlı referendum təşkil olunmasına səy göstərib.

Nəhayət o seçkilərin keçirilməsi üçün tələb olunan 100 min imzanı toplaya bilib. Referendumda seçicilər inəklərin buynuzlarının kəsilməsinə qarşı çıxarsa, hökumət fermerlərə illik 200 dollar subsidiya verəcək. Bu vəsaitlə inəklərin əlavə xərcləri ödəniləcək.

Sübhan / METBUAT.az