İstanbulda terror aktları planlaşdıran 12 şübhəli saxlanılıb.
Metbuat.az Anadolu agentliyinə istinadən xəbər verir ki, PKK terror qruplaşmasının üzvü olan silahlıların evlərinə baxış zamanı çox sayda partlayıcı qurğu ələ keçirilib. Qruplaşmaya məxsus atributlar aşkar edilib.
Bildirilir ki, terrorçular noybarın 27-də PKK terror qruplaşmasının qondarma il dönümü münasibətiylə müxtəlif rayonlarda hücumlar törətməyi planlaşdırıb. Lakin təhlükəsizlik əməkdaşlarının əməliyyatı nəticəsində terror aktlarının qarşısı alınıb.Hazırda terrorçuların əlaqələri araşdırılır.
Sübhan / METBUAT.az