Nazirlikdə Polad Bülbüloğluyla bağlı TOPLANTI

Nazirlikdə Polad Bülbüloğluyla bağlı TOPLANTI
16:24 13 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Mədəniyyət və Turizm Nazirliyində iclas keçirilib. Nazirlikdən Lent.az-a verilən məlumata görə, iclasın keçirilməsində məqsəd bu ilin fevralın 4-də 70 yaşı tamam olacaq Xalq artisti, Azərbaycanın Rusiyada fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun yubileyi ilə əlaqədar keçiriləcək tədbirlərə hazırlıq olub.

 

Nazir müavini Ədalət Vəliyevin rəhbərlik etdiyi iclasda nazirliyin məsul əməkdaşları, mədəniyyət müəssisələrinin rəhbərləri iştirak edib. 
Bildirilib ki, yubiley tədbirləri il ərzində Bakıda, Moskvada, Türkiyədə, Gürcüstanda və Rusiyanın bir sıra digər şəhərlərində qeyd ediləcək. Yubileylə əlaqədar fevralın 3-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Eşq və Ölüm" baletinin yeni quruluşda premyerası olacaq. Fevralın 4-də isə Heydər Əliyev Sarayında təntənəli yubiley mərasiminin təşkili nəzərdə tutulur. İclasda yubiley tədbirlərinə hazırlıq işlərinin yüksək səviyyədə aparılması üçün müvafiq tapşırıqlar verilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR