Dostum Samir Cavadzadə ilə 2008-ci ildə ilk dəfə "Eurovision"a qatıldıq. Bundan sonra çox şey dəyişdi, problemlər yarandı. İnsanlar dedi-qodular etməyə başladılar. Bilirsiz, hər kəsi 100 faiz sevə bilmir, birbaşa başqasına "pis" deyə bilirlər.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Elnur Hüseynov Türkiyənin məşhur musiqiçisi Emre Yücelenin "Youtube" layihəsinə qonaq olarkən deyib. O, yarışmadan sonra Amsterdama, sonra İstanbula köçdüyünü bildirib:

"Bundan sonra başqa ölkədə yaşamaq istədim. Amsterdama getdim, amma orada qala bilmədim. Mən isti insanlarla birgə yaşamaq arzusundaydım. Orada hər kəs məqsədləri üçün yaşayırlar. Daha sonra Türkiyəyə köçdüm. Taksimi gəzdim, İstanbulun şirin bir şəhər olduğunu düşündüm. "O ses Türkiyə"yə qatıldım".

Elnur Hüseynov hazırda İzmir şəhərində yaşadığını da qeyd edib: "İstanbul mənim şəhərim deyil. 5 il burada qaldım, amma daha sonra İzmirə köçmək qərarına gəldim. Çox şirin şəhərdir".

Milli.Az