Xəbər verdiyimiz kimi, dünən Kənd Təsərrüfatı Nazirliyi jurnalistlər üçün media-tur təşkil edib.

Tur çərçivəsində media nümayəndələri Lənkəranda sitrus bağından sonra İstisu qəsəbəsində yerləşən, fermer Rəftarə Şükürovaya məxsus feyxoa və kivi plantasiyası ilə tanış olublar.

"Əvvəl uşaqları yetişdirirdim, indi də körpə fidanları böyüdürəm"

Fermer Rəftarə xanım bizi çox xoş və səmimi şəkildə qarşıladı. Bağının məhsullarından hazırladığı mürəbbələrə, tutmalara və isti samovar çayına qonaq etdi.

Sonra isə Rəftarə xanım fermerliklə məşğul olması ilə bağlı məlumat verdi:

"İxtisasım ibtidai sinif müəlliməsidir. Amma 10 ildir ki, bu bağla məşğulam. İşimi çox sevirəm. Əvvəl uşaqları yetişdirirdim, onları tərbiyyə edirdim, onların uğurlarını görəndə sevinirdim, indi də körpə fidanları böyüdürəm. Gün ərzində bəzən 11 kilometr, bəzən də 15 kilometr bağda yeriyirəm. Bir qadın üçün bu fiziki baxımdan çox çətindi. Amma işimə olan sevgim buna mane olmur. Yorulmaq bilmirəm".

"Əvvəl uşaqları yetişdirirdim, indi də körpə fidanları böyüdürəm"

Rəftarə Şükürova fərdi fermer təsərrüfatı ilə bağlı da açıqlama verib:

"Təsərrüfatımız 13 hektar ərazini əhatə edir: 6 hektar feyxoa bağı, 3,5 hektar kivi bağı, 3 hektar taxıl, qalan ərazidə isə müxtəlif meyvə ağacları. Gələcəkdə həmin 3 hektar taxıl sahəsinin yerinə də meyvə bağı salacağıq. Bağımız cavan olduğundan ildən-ilə məhsuldarlıq artır. Bu il məhsulun qiyməti ucuz oldu, bağa qoyduğumuz yatırımı götürə bilmədik. Ümumilikdə isə bu ilə qədər 35 ton feyxoa, ötən il isə 8 tona yaxın kivi götürmüşük".

"Əvvəl uşaqları yetişdirirdim, indi də körpə fidanları böyüdürəm"

Fermer məhsulun satışı ilə bağlı qeyd edib:

Avropada, Türkiyədə, qonşu İranda feyxoanı tanımırlar. Dünya bazarına özümüz məhsulumuzu çıxartmaq istəyirik. Bunu etsək, nisbətən gəlir çoxalar. Hazırda məhsulumuzu Lənkəran bazarına çıxarırıq və yaxud alıcılar özləri gəlib aparırlar.

"Əvvəl uşaqları yetişdirirdim, indi də körpə fidanları böyüdürəm"

"Əvvəl uşaqları yetişdirirdim, indi də körpə fidanları böyüdürəm"

Sərdar Məmmədov / Metbuat.az

FOTO: Müzəffər İsmayılov

Lənkəran

Lənkəranda yetişdirilən NADİR BİTKİ: Dövri sistemin bütün elementləri tərkibində var - FOTOREPORTAJ - Oxumaq üçün tıkla