​Ukrayna prezidenti NATO-nu

Ukrayna prezidenti Petro Poroşenko Kerç boğazında baş verən insidentlə bağlı NATO-nu köməyə çağırıb.

Almaniyanın “Bild”qəzetinə müsahibəsində o bildirib ki, NATO Ukraynaya dəstək olmaq və bölgədəki təhlükəsizliyi qorumaq üçün gəmilərini Azov dənizinə göndərməlidir. O, Rusiyanın təcavüzkar siyasətinin qəbuledilməz olduğunu bəyan edib:

“Əvvəlcə Krım, sonra Ukraynanın şərqi, indi də Azov dənizi. Əgər qarşısını almasaq, görəsən Putinin bundan sonrakı addımı nə olacaq?”.

Poroşenko həmçinin bildirib ki, Kiyev Moskvanın addımlarını cavabsız qoymayacaq.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR