Nigeriyanın prestijli "La Pounte" supermarketində "Made in Azerbaijan" brendi ilə Azərbaycan məhsullarının satışına başlanılıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədəNigeriyada Azərbaycanın Dostları Təşkilatının rəhbəri Billurə Bayramova-Bernard deyib.

Qeyd edək ki, Azərbaycan məhsulları xarici bazarlarda "Made in Azerbaijan" brendi ilə satışa çıxarılır. Məqsəd "Made in Azerbaijan" brendini xarici bazarlarda təşviq etməkdir.

Milli.Az