Topaz Premyer Liqasının 13-cü turunun oyun cədvəlində dəyişiklik edilib.

Milli.Az PFL-in saytına istinadən xəbər verir ki, "Qarabağ"ın "Keşlə" ilə ev oyununun vaxtı dəyişdirilib. Bu, Ağdam klubunun müraciəti, bakılıların razılıq məktubu əsasında gerçəkləşib. PFL turun "Qarabağ" - "Keşlə" matçının 2 dekabrda deyil, 3 dekabrda oynanılmasına qərar verib.

Oyun bazar ertəsi saat 19:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Bildirilir ki, dəyişikliyin səbəbi "Qarabağ"ın və Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun Avropa çempionatının seçmə mərhələsinin püşkatmasına qatılmasıdır.

Milli.Az